Ötən gün Hindistanın şərqində qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı azı 9 nəfərə çatıb, azı 45 nəfər yaralanıb, onlardan 10-nun vəziyyəti ağırdır.
Bizim.Media xəbər verir ki, bu barədə NDTV telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Cümə axşamı Hindistanın şərqindəki Qərbi Benqal əyalətində Mainaquri şəhəri yaxınlığında Quvahati-Bikaner marşrutu ilə hərəkət edən sərnişin qatarının azı 12 vaqonu relsdən çıxıb.
Hazırda qəzanın səbəbləri araşdırılır.
Bizim.Media