ABŞ-da yaşayan ermənilər Azərbaycana qarşı təxribat törədiblər.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev "Twitter" hesabında bildirib.
“Ötən gecə erməni radikalları terrorçu Qurgen Yanikyanın fotosunu konsulluğun binası qarşısından asıblar. Q.Yanikyan 1973-cü ildə Kaliforniyada türk diplomatlarını qətlə yetirib. Los-Ancelesdə erməni terrorizminin tarixini nəzərə alaraq, Los-Ancelesin Federal Təhqiqat Bürosunu və Los-Anceles polisini bu məsələni araşdırmağa çağırırıq”, - baş konsul bildirib.
Bizim.Media

