Əlixan Smailov Qazaxıstanın baş naziri vəzifəsinə təyin edilib.
Bizim.Media “Sputnik Qazaxıstan” Telegram kanalına istinadən xəbər verir ki, bununla bağlı ölkə başçısı Kasım Jomart-Tokayev sərəncam imzalayıb.
Xatırladaq ki, Smailov Əlixan Asxanoviç 18 dekabr 1972-ci ildə Alma-Atada doğulub.
1994-cü ildə Əl-Farabi adına Qazax Dövlət Milli Universitetinin Tətbiqi Riyaziyyat fakültəsini bitirib. 1996-cı ildə isə Qazaxıstan Respublikasının Prezidenti yanında Qazaxıstan İdarəetmə, İqtisadiyyat və Proqnozlaşdırma İnstitutunda dövlət idarəçiliyi ixtisası üzrə magistr dərəcəsi alıb.
Baş nazirinin birinci müavini, maliyyə naziri vəzifələrində çalışıb.
2022-ci il yanvarın 5-dən o, prezidentin fərmanı ilə Baş nazirin səlahiyyətlərini icra edib.
Bizim.Media
