Qazaxıstanda iğtişaşlardan sonra 9,9 min nəfər saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
“9900 nəfər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb”, nazirliyin Telegram-da verdiyi açıqlamada deyilir.
Bundan əvvəl Almatıda terror aktlarının 1,2 mindən çox iştirakçısı və talançının saxlanıldığı bildirilirdi.
Həmçinin, Qazaxıstan sərhədçiləri aksiyaların 300-dən çox iştirakçısını ələ keçiriblər.
Bizim.Media