Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) onlayn keçirilən sammitində çıxışı zamanı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin adını unudub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “Sputnik Qazaxıstan” nəşrində yer alıb.
Mənbə qeyd edir ki, Kremlin sahibi Qazaxıstan xalqına başsağlığı verdikdən sonra Kasım Jomart Tokayevi “Kemel Jomartoviç” adlandırıb.
Həmin vaxt canlı efirdə Qazaxıstan prezidentini reaksiyası göstərilib. Onun üzündəki çaşqınlıq diqqətdən yayınmayıb. Lakin heç nə eşitmədiyini göstərməyə çalışıb.
Bizim.Media