Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 141 nəfər dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.
Ötən 24 saat ərzində COVID-19 infeksiyası ilə əlaqədar 418 min 264 nəfərin test edildiyi, 66 min 237 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 34 min 592 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.
Bizim.Media