Səudiyyə Ərəbistanı yeni növ koronavirusa qarşı tədbirləri gücləndirilib.
Bizim.Media ölkənin rəsmi bır agentliyi "SPA" ya istinadən xəbər verir ki, bu gündən etibarən Müsəlmanların Həcc ziyarətinin mərkəzi olan Məkkə şəhərində həmçinin dünyanın ən böyük məscidi Əl-Haramda və Məscidi- ən-Nəbəvidə sosial məsafə yenidən tətbiq olunacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı 15 oktyabrda COVİD-19 a qarşı məhdudiyyətlərinin yüngülləşdirilməsi çərçivəsində Məscidi Əl Haram və Məscidi ən-Nəbəvinin sosial məsafə tədbirləri gözlənilmədən ibadətə açılmasına icazə veriləcəyini qeyd edib.
Bizim.Media