Ötən gecə Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvetta şəhərində baş verən partlayış nəticəsində dörd nəfər həlak olub.
Bizim.Media "Abcnews.go" saytına istinadla xəbər verir ki, tibb kompleksinin yaxınlığında baş verən partlayışda 15 nəfər yaralanıb.
Təhlükəsizlik qüvvələri həmin rayonu mühasirəyə alıb, partlayışın səbəbləri araşdırılır.
Terror aktı ilə bağlı məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.
Bizim.Media