ABŞ lideri Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında Bakı vaxtı ilə saat 14:30-da telefon danışığı olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı politoloq İqor Korotçenko özünün "Telegram" kanalında məlumat verib.
Məlumatı Ağ Ev yayıb.
Ekspertlərin fikrincə, liderlərin telefon danışığının əsas mövzusu Ukrayna olacaq. Həmçinin Gürcüstanın NATO üzvlüyü də diskussiya predmetidir.
Bayden və Putinin Qarabağ ətrafında fikir mübadiləsi də istisna edilmir.
Bizim.Media