Rusiyanın “Azimut” aviaşirkəti Rostov–na–Donu şəhərindən Bakıya uçuş proqramının başlandığını elan edib.
Bizim.Media "Lenta.ru"-ya istinadən xəbər verir ki, uçuşlar 2022-ci il yanvarın 21-dən etibarən başlayacaq.
Cümə günləri Rostov–na–Donu şəhərindən yola düşmə vaxtı saat 08:00-da, Bakıya çatma vaxtı saat 11:10-da, Bakıdan yola düşmə vaxtı saat 12:10-da, Rostov-na – Donu şəhərinə çatma vaxtı isə saat 13:15-dədir.
Qeyd edək ki, hazırda aviaşirkət Bakıya reysləri Mineralnıye vodı şəhərindən həyata keçirir.
Bizim.Media