Əfsanəvi futbolçu Dieqo Maradonanın qardaşı, sabiq futbolçu və məşqçi Uqo Maradona vəfat edib.
Bizim.Media xəbər verir ki, 52 yaşlı mütəxəssisin ürəyi dayanıb.
Xəstəxanaya yerləşdirilən məşqçinin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Uqo “Askoli”, Vyana “Rapid”i və “Rayo Vallekano” kimi klublarda çıxış edib. O, “Puerto-Riko Aylenders”in baş məşqçisi olub.
Bizim.Media