Dekabrın 29-da Türkiyənin şərqində Türkiyə ilə Qafqaz regionu ölkələri arasında yeni nəqliyyat arteriyasına çevriləcək yeni avtomobil tuneli açılacaq.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurum vilayətinin Uzundərə rayonunu Artvin şəhəri ilə birləşdirən 2246 metrlik Pirinkayalar tunelinin açılış mərasimində iştirakçılara videokonfrans vasitəsilə müraciət edəcək.
Yeni tunel Türkiyə-Gürcüstan sərhədinə doğru marşrutda mühüm keçid olacaq və şimal-şərqi Anadolunun dağlıq bölgələri ilə yük daşımalarını xeyli asanlaşdıracaq.
Qubernator Okay Memişin təmsil etdiyi Ərzurum vilayətinin rəhbərliyi yeni tunelin Türkiyənin bu bölgəsində turizmin inkişafına töhfə verəcəyinə əmindir.
Bizim.Media