Rusiya prezidenti Vladimir Putin və Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin Sankt-Peterburqda təkbətək görüşü başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Nazarbayevin mətbuat katibi Aydos Ukibay məlumat verib.
"Nursultan Nazarbayev və Vladimir Putin arasında görüş təkbətək formatda başladı", - o, Twitter-də yazıb.
TASS xəbər verir ki, Nursultan Nazarbayev dekabrın 27-də MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşündə iştirak etmək üçün Sankt-Peterburqa gəlib.
Bizim.Media