Fransanın baş naziri Jan Kasteks ölkə əhalisinin iki ilə yaxındır davam edən koronavirus pandemiyasından bezdiyini etiraf edərək, bunu “heç vaxt bitməyən bir film” adlandırıb.
Bizim.Media Fransa mətbuatına istinadən xəbər verir ki, o, həmçinin peyvənd kampaniyasının aktiv aparılmasından razı qaldığını bildirib.
Onun sözlərinə görə, fransızların 91%-i artıq vaksinin ən azı bir dozasını alıb. Dekabrın 26-na olan məlumata görə, 51,6 milyondan çox insan tam peyvənd sxemini alıb. Artıq 22 milyondan çox insan gücləndirici doza qəbul edib.
Bizim.Media