“Leninin cəsədinin mavzoleydən çıxarılması planı yoxdur”.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib.
Onun sözlərinə görə, bu məsələ gündəmdə deyil.
Qeyd edək ki, 2024-cü ildə Leninin vəfatından 100 il keçir və bununla bağlı liderin cəsədinin dəfn olunması yenidən gündəmə gəlib.
Bizim.Media