Rusiya Federasiyasının Prezident Administrasiyası həqiqətən 2024-cü ildə keçiriləcək prezident seçkilərinə hazırlaşır.
Bizim.Media RBK telekanalına istinadən xəbər verir ki, bu haqda informasiyanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yayıb.
“Hər bir seçkiyə hazırlıq prezident administrasiyasının və prezidentin özünün gündəlik işinin mahiyyətini təşkil edir. Bu və ya digər şəkildə edilən hər şey hazırlıqdır”, deyə Peskov qeyd edib.
Bizim.Media