Uzun zamandır sağlıq problemlərindən əziyyət çəkən aparıcı və müğənni Seren Serengil bir müddət əvvəl əməliyyat olunmuşdu.
Bizim.Media xəbər verir ki, onu çətin günlərində bir an belə tək qoymayan sevgilisi Mustafa Rəhman Toxmanın ailəsi istanbula gələrək sənətçini ziyarət ediblər.
Seren onlarla birgə fotosunu “Ailəyə girdik” başlığı ilə paylaşıb.
Uzun müddətdir eşq münasibəti yaşayan cütlüyün ailə ziyarətindən sonra evlənəcəkləri iddiaları güclənib.
Qeyd edək ki, 50 yaşlı Seren Serengil daha əvvəl 4 dəfə evli olub.
Bizim.Media