Yaponiyada güclü zəlzələ olub.
Bizim.Media xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar ölkənin cənubundakı Okinava əyalətinin Miyakojima adalarında yerli vaxtla saat 17:25-da 6 bal gücündə qeydə alınıb.
Zəlzələ ocağı 40 kilometr dərinlikdə yerləşib.
Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.
Bizim.Media