Ukraynada qadınların hərbi qeydiyyata alınmasına başlayıb.
Bizim.Media xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinin əmri bu gündən qüvvəyə minib.
Sənəddə qadınların çalışdığı və hərbi qeydiyyata alınması vacib olan ixtisas və peşələrin siyahısı təsdiqlənib.
Siyahıda ümumilikdə 35 peşə sahəsi yer alır.
Qeyd edək ki, qərara əsasən, qadınların hərbi qeydiyyata alınması ilə bağlı sərəncamın icrası üzrə işlər gələn ilin sonuna kimi başa çatdırılmalıdır.
Bizim.Media