“Taliban" Əfqanıstanın müvəqqəti hökumətinə tabe olan iki nazirliyi ləğv edib.
Bizim.Media xəbər verir ki, bu barədə müvəqqəti hökumətin sözçüsünün müavini Bilal Kərimi jurnalistlərə bildirib.
MÖVZU İLƏ BAĞLI:
Taliban ölkədən qaçırılan təyyarə və helikopterlərin bir hissəsini geri qaytardı
Onun sözlərinə görə, söhbət sülh və parlament işləri üzrə nazirliklərdən gedir.
Həmçinin əvvəlki hökumət dövründə fəaliyyət göstərən Müstəqil Seçki Komissiyası və Seçki Apellyasiya Komissiyasının buraxılması qərara alınıb.
Bizim.Media