ABŞ-ın təyyarə uçuşlarına nəzarəti həyata keçirən FlightAware platforması dekabrın 25-də bütün dünyada 2 850 təyyarə reysinin ləğv edildiyini elan edib.
Bizim.Media “CNN Türk”ə istinadən xəbər verir ki, eyni gündə 9 minə yaxın təyyarə reysi də təxirə salınıb.
Bu qərarlara yeni növ koronavirus (COVID-19) infeksiyasının “Omikron” ştamı səbəb olduğu bildirilir.
Yeni ştamın uçuş heyətinə təsir göstərməsi və hava yollarının qeyri-kafi kadrlarla işlədiyi qeyd olunur.
Bizim.Media