Avropa İttifaqında (Aİ) Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı müzakirələr başlayıb, lakin bu məsələdə ölkələr arasında hələ də konsensus yoxdur.
Bizim.Media “The Washington Post” qəzetinə istinadən xəbər verir ki, Aİ Rusiyanı Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə yeni sanksiyalar tətbiq etməklə hədələyib.
Aİ-nin xarici siyasətində qərarların qəbulu bütün üzv dövlətlərin razılığı əsasında qəbul edilir.
Nəşrin iddiasına görə, bir çox Avropa ölkələri sanksiyalara ehtiyac olmadığını bildiriblər.
Qeyd edək ki, Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini 2022-ci ilin 31 yanvar tarixinə qədər uzadıb.
Bizim.Media