Braziliyanın Fortaleza şəhərində futbol meydançasında qeyd olunan Milad bayramı zamanı atışma baş verib.
Bizim.Media xəbər verir ki, Seara ştatının İctimai Təhlükəsizlik Katibliyindən atışma nəticəsində 5 nəfərin həlak olduğu, 6 nəfərin isə yaralandığı bildirilib.
İnsidentlə əlaqədar 3 nəfər polislər tərəfindən saxlanılıb.
Atışmanın cinayətkar qruplaşmalar arasındakı münaqişə zəminində baş verdiyi iddia olunur.
Bizim.Media