Təbrizdən başalayaraq Gürcüstanın Batumi limanına qədər pilot tranzit marşrutu üzrə yola düşən 3 yük maşını Azərbaycanın Qırmızı Körpü sərhəd-keçid məntəqəsindən keçərək Gürcüstana daxil olub.
Bizim.Media “İribnews” nəşrinə istinadən xəbər verir ki, Fars körfəzini Avropaya birləşdirən test marşrutu üzrə yük maşınlarının Azərbaycan sərhədindən Gürcüstana keçməsi ilə fəaliyyətə başlayıb.
Bu yeni marşrutun işə salınması yüklərin Avropaya tranzitini asanlaşdıracaq.
Mütəxəssislərin fikrincə, Cənub-Şərqi Asiya ölkələrinin Avropaya birləşməsi ilə, regional əməkdaşlıq formalaşmaqla yanaşı, marşrut üzərində yerləşən və ona bitişik ölkələrə də iqtisadi rifah gətirəcək.
Bizim.Media