Səudiyyə Ərəbistanı Çinin yardımı ilə ballistik raketlər istehsal edir.
Bizim.Media xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
"ABŞ kəşfiyyat orqanlarının əldə etdiyi peyk fotoları göstərir ki, Səudiyyə Ərəbistanı ən azı bir mrkəzdə ballistik raketlər istehsal etməklə məşğuldur", - deyə xəbərdə bildirilib.
Çinin Xarici İşlər Nazirliyi isə iki ölkə arasında bütün sahələrdə, o cümlədən hərbi ticarət sahəsində əməkdaşlıq və strateji tərəfdaşlıq olduğunu vurğulayaraq xatırladıb ki, bu əməkdaşlıq heç bir beynəlxalq qanunu pozmur.
Bizim.Media