Rusiyanın Xalq artisti Vadim Lobanov 81 yaşında vəfat edib.
Bizim.Media "Lenta.ru"-ya istinadən xəbər verir ki, onun ölümü kafedra müdiri işlədiyi Sankt-Peterburq Dövlət Universitetindən (SPbDU) təsdiqlənib.
Qeyd edək ki, V.Lobanov teatrda və kinoda isə 210-na yaxın rola çəkilib. Eyni zamanda, yüzlərlə sənədli filmi səsləndirib, xarici filmlərin dublyajında iştirak edib.
Bizim.Media