Türkiyədə son sutkada COVID-19-dan 187 nəfər ölüb.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.
Ötən 24 saat ərzində 353 152 nəfər test edilib, onların 19 859-nun nəticəsi pozitiv çıxıb.
Həmçinin, hesabat dövrü ərzində COVID-19-dan 25 532 nəfər sağalıb.
Bizim.Media