İstanbul (Bosfor) boğazında qəzaya uğrayan tankerə görə gəmilərin hərəkəti dayandırılıb.
Bizim.Media “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə Sahil Təhlükəsizliyi Ümumi Müdirliyindən məlumat verilib.
Bildirilib ki, “USİCHEM” adlı günəbaxan yağı daşıyan yük gəmisi lövbəri qopduğuna görə dayandırılıb, yardıma Sahil Mühafizəsinə məxsus xilasedici katerlər göndərilib.
Sözügedən gəmi Malta bayrağı altında şimaldan cənub istiqamətində hərəkət edirdi.
Bosfor boğazında hərəkətin nə vaxt bərpa olunacağı ilə bağlı məlumat verilməyib.
Bizim.Media