“Biz Ermənistan-Azərbaycan sərhədində yaranmış gərgin vəziyyətdən narahatıq və onu diqqətlə izləyirik”.
Bizim.Media xəbər verir ki, bu fikirləri KTMT-nin baş katibi Stanislav Zas Armpress-ə müsahibəsində səsləndirib.
O, hesab edir ki, sərhəd mübahisələri yalnız siyasi və diplomatik yollarla həll edilməlidir:
“Bu il noyabrın 26-da Üçtərəfli Bəyanatda yer alan müddəaları dəstəkləyirik”.
Stanislav Zas xatırladıb ki, Azərbaycan-Ermənistan dövlət sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımlar atılıb:
“Rusiya Federasiyasının köməyi ilə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sonradan demarkasiyası üzrə Komissiyanın yaradılması istiqamətində işin aparılmasına dair razılıq əldə edilib”.
Bizim.Media