İran rialı Amerika dolları qarşısında kəskin şəkildə aşağı düşüb.
Bizim.Media "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, rialın ciddi dəyər itirməsinin ardından qəpik pullar o qədər dəyərsiz hala düşüb ki, vətəndaş video çəkərək 5 kilo 900 qram həcmində qəpik pulları satdığını deyir.
Xatırladaq ki, İranda sanksiyalardan sonra iqtisadi vəziyyət pisləşib, habelə buna hakim rejimin bölgədə özbaşına hərəkətləri və nüvə-raket proqramları üzərində çalışması da təkan verib.
Bizim.Media