Amerikanın Axiom şirkətinin proqramı üzrə Beynəlxalq Kosmik Stansiyaya (BKS) ilk turistlər 2022-ci ilin fevral ayının sonunda SpaceX-in Crew Dragon idarə olunan kosmik gəmisi ilə uçacaqlar.
Bizim.Media ABŞ-ın Kosmik agentliyinə (NASA) istinadən xəbər verir ki, uçuş 28 fevrala planlaşdırılıb.
Turistik uçuş Amerikanın Axiom Space şirkəti təşkil edir. Kosmik gəminin ekipajına keçmiş NASA astronavtı Maykl Lopez-Aleqria, pilotun işini yerinə yetirəcək amerikalı sahibkar Larri Konnor, kanadalı investor Mark Pati və israilli iş adamı Eitan Stibbe daxildir.
Onların hamısı xüsusi həkim müayinəsindən və uçuşa hazırlıq keçiblər.
BKS-ə 8 günlük səfərin dəyəri 55 milyon dollar qiymətləndirilir. Uçuşların gələcəkdə ildə 2-3 dəfə həyata keçirilməsi planlaşdırılır.
Bizim.Media