Ümumdünya İqtisadi Forumu yeni omikron ştamı səbəbiylə Davosda keçiriləcək illik toplantısını təxirə salıb.
Bizim.Media "bloomberg.com" saytına istinadən xəbər verir ki, bu haqda təşkilatın saytında yerləşdirilən bəyanatda deyilir.
“İllik yığıncaq 17-21 yanvar 2022-ci il tarixlərində İsveçrənin Davos-Klosters şəhərində baş tutmalı idi. Yazın əvvəlinə planlaşdırılıb”, - məlumatda qeyd edilir.
Bəyanatda vurğulanır ki, hazırkı pandemiya şəraitində qlobal üzbəüz görüşün keçirilməsi olduqca çətindir.
Hazırlıq ekspertlərin tövsiyələri nəzərə alınmaqla və İsveçrə hökumətinin bütün səviyyələrdə sıx əməkdaşlığı sayəsində həyata keçirilib. Görüş üçün ciddi tibbi protokollara baxmayaraq, omikronun ötürülmə sürəti forumu ertələməyi zəruri edib.
Xatırladaq ki, Davosda keçiriləcək Ümumdünya Forumu artıq ikinci ildir ki, COVID-19 məhdudiyyətlərinə görə təxirə salınır.
Bizim.Media