Türkiyə başqa dövlətlərin alqışladığı qeyri-müəyyən hücumlarla üzləşir.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.
Onun sözlərinə görə, Türkiyə hələ Cümhuriyyətinin qurulmasından əvvəl başlayan mübarizənin yeni mərhələyə keçid dövrünü yaşayır.
Türkiyə prezidenti ölkənin iqtisadi sabitliyini pozmağa çalışan qüvvələrin hərəkətlərini qətiyyətlə yatırmaq niyyətini də açıqlayıb:
“Biz vətənini bir dollara satanlara imkan verməyəcəyik”.
Ərdoğan əmin edib ki, Türkiyə iqtisadiyyatı azad bazar qanunlarına uyğun olaraq inkişafını davam etdirəcək.
Bizim.Media