Böyük Britaniyanın paytaxtı Londonda fövqəladə vəziyyət elan edilib.
Bizim.Media ingilis mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhərin meri Sadiq Xan qərar qəbul edib.
Buna səbəb “Omicron” ştamının sürətlə yayılmasıdır.
Qeyd edək ki, ötən 24 saat ərzində Londonda 26 mindən çox yoluxma qeydə alınıb. Bu, epidemiya başlayandan şəhərdə qeydə alınan ən yüksək rəqəmdir.
Bizim.Media