İtaliyanın şimalında 4,4 bal gücündə zəlzələ baş verib.
Bizim.Media BBC-yə istinadən xəbər verir ki, İtaliya Geofizika və Vulkanologiya İnstitutu (INGV) yeraltı təkanların episentri Berqamo şəhəri yaxınlığındakı Bonate Sotto qəsəbəsində, 26 kilometr dərinlikdə olduğunu açıqlayıb.
Yeraltı təkanlar Milan şəhərində də hiss edilib.
Zəlzələ nəticəsində dağıntı və tələfat yoxdur.
Bizim.Media