Gürcüstanın dövlət naziri: “Yolumuz yalnız Avropa yoludur”

Bu gün Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili azərbaycanlıların kompakt yaşadığı Marneuliyə səfər edib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, dövlət naziri öncə azərbaycanlı gənclərlə görüşüb. Görüş zamanı dövlət naziri Avropa Birliyi (AB) ilə Gürcüstan arasında imzalanan saziş haqqında, eyni zamanda Gürcüstanın NATO-ya üzvlük məsələsi barədə danışıb.

 

Sonra Marneulidə fəaliyyət göstərən QHT rəhbərləri, jurnalistlər və rayon rəhbərliyi, eyni zamanda tələbələrin iştirakı ilə Aleksi Petriaşvili ilə görüş təşkil olunub. A. Petriaşvili AB ilə assosiasiya sazişi imzalandıqdan sonra Gürcüstanın üzərinə düşən öhdəliklər, beynəlxalq təhlükəsizlik, ölkənin NATO-ya üzv olması məsələləri və Gürcüstan vətəndaşlarının Avropaya vizasız gedib-gəlməsinin sadələşdirilməsi barədə tədbir iştirakçılarını məlumatlandırıb, sualları cavablandırıb. Dövlət naziri bildirib ki, Gürcüstanın regionları da Avropa layihələrinə qoşulacaq, əhalinin əmək şəraiti, təhsilin keyfiyyəti yaxşılaşacaq və gənclər Avropanın ali məktəblərində ali təhsil alacaqlar.

 

O qeyd edib ki, Gürcüstan və Avropa arasında ixrac və idxal prosesi sadələşdiriləcək, Avropa standartlarına cavab verəcək azad ticarət fəaliyyət göstərəcək və 500 milyonluq bazar açılacaq. A. Petriaşvili saziş imzalandıqdan sonra Gürcüstanın Avropanın tamhüquqlu üzvü olması üçün qarşıda duran ən mühüm işlərdən danışıb və bu öhdəliklərin həyata keçirilməsi ilə bağlı Avropadan gələn ekspertlərin monitorinq keçirəcəklərini bildirib: “Biz hakimiyyətə gəlməmişdən əvvəl dövlətin kursunun dəyişməyəcəyini vəd etmişdik. İndi də qeyd edirik ki, yolumuz yalnız Avropa yoludur. Əlbəttə, bu yolda modernləşmə olacaq və yeniliklər hər bir sahəni əhatə edəcək. Bizim Avropa yolunu tutmağımıza baxmayaraq, strateji məqsədimiz dəyişməyəcək. Biz Gürcüstanın ərazi bütövlüyünü təmin etməyə çalışacağıq. Avropa isə bu istiqamətdə bizi dəstəkləyir”.

 

A. Petriaşvili açıqlamasında yalnız Avropa ilə deyil, qonşu, tərəfdaş ölkələrlə, eyni zamanda dost ölkə Azərbaycanla münasibətlərin daha da yaxşılaşacağına çalışacaqlarını bildirib: “Azərbaycan bizimlə qardaş, dost və strateji tərəfdaş ölkədir. Bizim Azərbaycanla bir çox sahədə əlaqələrimiz var. Eyni zamanda enerji, nəqliyyat istiqamətində mühüm və beynəlxalq əhəmiyyətli layihələr həyata keçiririk. Bu əlaqələrimiz getdikcə inkişaf edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nyu-Yorkda antisemitizmə qarşı aksiya: “Mamdani vəzifəsindən getməlidir”

Nyu-Yorkda antisemitizmə qarşı aksiya: “Mamdani vəzifəsindən getməlidir”

Çin alimləri yüz il əvvəl qoyulan riyazi problemləri həll etdilər

Çin alimləri yüz il əvvəl qoyulan riyazi problemləri həll etdilər

Putin: “Rusiyanın heç bir təcavüzü yoxdur”

Putin: “Rusiyanın heç bir təcavüzü yoxdur”

Yaponiyada rusdilli lövhələr çoxalıb: Turistlər axın edir - FOTO

Yaponiyada rusdilli lövhələr çoxalıb: Turistlər axın edir - FOTO

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

Berlində terrorunda yaralananların sayı 29-a çatdı

Berlində terrorunda yaralananların sayı 29-a çatdı

Uolts: Pentaqonun İran əməliyyatı üçün sursat problemi yoxdur

Uolts: Pentaqonun İran əməliyyatı üçün sursat problemi yoxdur

Dublində radikallar Türkiyə mədəniyyət mərkəzindəki məscidə hücum etdilər - VİDEO

Dublində radikallar Türkiyə mədəniyyət mərkəzindəki məscidə hücum etdilər - VİDEO

End of content

No more pages to load

RADİO