Peskov Putin və Bayden arasında sabahkı söhbətin mövzularını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya Rusiya mətbuatında yer alıb.
Mənbə yazır ki, prezidentlər Ukrayna ətrafındakı gərginliyi, NATO-nun Rusiya sərhədlərinə doğru irəliləyişini və Rusiya liderinin təhlükəsizlik təminatları ilə bağlı təşəbbüsünü müzakirə edəcəklər.
Kreml sözçüsünə görə, Putin və Bayden arasında söhbət çərşənbə axşamı təhlükəsiz video əlaqə vasitəsilə baş tutacaq.
Peskovun fikrincə, danışıqlar çox uzun çəkəcək.
Bizim.Media