Koronavirusun “Omikron” ştamının bütün digər variantlardan əsas fərqli simptomu açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Omikron” variantını ilk kəşf edən doktor danışıb.
Onun sözlərinə görə, yeni aşkarlanan növün əsas fərqli xüsusiyyəti yoluxan adamlarda boğaz qaşınmasının yaranmasıdır.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "omikron" adı verilən koronavirus ştamı bu ilin noyabrında Afrikanın cənubunda müəyyən edilib. Mütəxəssislərin fikrincə, bu, koronavirusun digər variantlarından daha patogen ola bilər.
Bizim.Media