ANS PRESS-in məlumatına görə, Hindistan İraqdakı vətəndaşlarını xilas etmək üçün planlaşdırdığı əməliyyata görə Türkiyə, İordaniya və Suriyadan icazə almağı bacarıb.
Məlumatlara görə, üst səviyyə səlahiyyətlilər xilasetmə əməliyyatının detalları barədə son dərəcə təmkinli olduqlarını bildiriblər.
Qeyd edək ki, Hindistan dəniz və quru qoşunlarından istifadə edərək son zamanların ən böyük və ən çətin xilasetmə əməliyyatlarından birini planlaşdırır.