“Ukrayna Qərb üçün qırmızı xəttdir, Rusiya bu cizgini tapdasa...” - Keçmiş səfir

“Savaş olacaqsa, Rusiya qarşısında tək Ukraynanı deyil, şərqi Avropa ölkələrini görəcək”
Ukrayna maliyyə nazirinin müşaviri, Harvard Universiteti nəzdində fəaliyyət göstərən Qara Dəniz Təhlükəsizlik Proqramı Mərkəzinin geosiyasi risklər üzrə analitiki, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyev müsahibə verib.

Bizim.Media “Teleqraf.com”a istinadən müsahibəni təqdim edir:

- Azər müəllim, sön dövrlər Ukrayna-Rusiya münasibətləri ən gərgin dövrünü yaşayır. Bu baxımdan siz, vəziyyəti necə xarakterizə edirsiniz, danışıqlar üçün imkan pəncərəsi tam qapanıbmı?

- Həqiqətən də, bu gün Ukrayna-Rusiya münasibətləri ən kəskin və gərgin fazaya qədəm qoyub. Təbii ki, bu vəziyyətin daim gərgin saxlanılmasında birbaşa Rusiya maraqlı tərəf kimi görünür. Mövcud duruma Rusiyanın maraqları prizmasından yanaşanda aydın sezilir ki, rəsmi Kreml hər zaman Ukraynanı müxtəlif şantaj və hərbi avantüralara məruz qoymaqla Kiyevi Qərbin və ABŞ-ın maraq dairəsindən uzaqlaşdırmağa çalışır. Bu məsələdə Ukrayna ötən illərdən fərqli olaraq son dərəcə ehtiyatlı və soyuqqanlı siyasət yürüdür. Rusiya da çox ehtiyatlı siyasət yürütməlidir. Belə olan halda istər Ukrayna, istərsə də Rusiya tarixin bütün dönəmlərində olduğu kimi, mövcud gərginliyi siyasi dialoqla aradan qaldıracaqlar. 

- ABŞ ötən həftə Rusiyanın Ukraynanı işğal edə biləcəyinə dair Avropanı xəbərdar edib. Bu iddiaya nə dərəcədə doğru saymaq olar?

- Düşünürəm ki, bu açıqlama sonradan öz təsdiqini tapmadı. Bu gün hər birimizə məlumdur ki, dünyada böyük müharibə və savaş informasiya sferasında aparılır. Son illər, dəfələrlə Qərb mətbuatı Rusiyanın Ukrayna sərhədlərində hərbi texnika və qoşun hissələri yığması haqda məlumatlar yayıblar. Sonradan bu informasiyalar öz təsdiqini tapmayıb. Əslində Rusiyanın Ukraynada müharibə aparmaq istəyi olsa bunu özünəməxsus klassik ənənəsindən istifadə etməklə həyata keçirə bilər. Klassik ənənə deyərkən Krım, Donbas, Dnestryanı, Abxaziya, Asetiya və Qarabağ strategiyasını nəzərdə tuturam. Rusiya hələ heç bir ölkəyə qarşı açıq müharibə aparmayıb. Düşünürəm ki, bu gün də aparmayacaq və buna ehtiyacı da yoxdur. Klassik metodu olan ölkənin açıq müharibə nəyinə lazımdır? 

- Siz hazırda Rusiya-Ukrayna arasında hər hansı bir silahlı qarşıdurma gözləyirsinizmi?

- Düşünürəm ki, bu qarşıdurma yalnız və yalnız virtual informasiya sferasında mövcud olacaq. Mən inanmıram ki, iki ölkə arasında hər hansı bir silahlı qarşıdurma olsun. Yuxarıda da qeyd etdim ki, bu gün belə bir qarşıdurma Rusiyanın da maraqlarına xidmət eləmir. Əsas amil ondan ibarətdir ki, belə bir hərbi savaş olacağı təqdirdə Rusiya qarşısında tək Ukraynanı deyil, bütövlükdə Şərqi Avropa ölkələrini görə bilər. 

- Sirr deyil ki, Rusiya Ukrayna ilə sərhədlər yaxınlığında hərbi texnika və canlı qüvvə cəmləşdirib. Sizcə, Moskvanın bu mərhələdə məqsəd və məramları nədir, onlar güc nümayişi vasitəsilə nəyə nail olmağa çalışırlar?

- Əslində Ukrayna bu proseslərdə nisbətən olsa da qurbana çevrilib. Bundan sonra Ukrayna yenə qurbana çevriləcəksə bu qurbanın ünvanı kimi Qərb və ABŞ görünəcək. Bu isə inandırıcı deyil. Artıq Ukrayna bölgədə gedən prosesləri yetərincə analiz etmək qüdrətindədir. Ona vurulan zərbənin reanimasiya şokunu yaşayıb və bir daha belə durumla üz üzə gəlməməsi üçün kifayət qədər gücünü səfərbər edib. Düşünürəm ki, bu gün Ukrayna zəif bənd kimi görünsədə Avroatlantik məkanın bir parçasına çevrilməkdədir.

- Mümkündürmü Ukrayna Rusiya-Qərb danışıqlarında qurbana çevrilsin?

- Qərb üçün Ukrayna artıq Rusiya ilə münasibətlərdə qırmızı xətt kimi qəbul olunub. Bu cizgi tapdanarsa, deməli, tapdanan tək Ukraynanın deyil, Qərbin və ABŞ-ın siyasi heysiyyatı kimi xarakterizə olunacaq.

- Türkiyənin Ukraynaya müasir dronlar verməsi Moskva tərəfindən kəskin etirazla qarşılanır. Ukrayna məsələsi Rusiya və Türkiyəni üz-üzə gətirə bilərmi?

- Türkiyə ilə Ukrayna arasında münasibətlərin kökü uzun əsrlərə söykənir. Bunu Rusiya çox gözəl bilir. Türkiyə Rusiya ilə münasibətlərinin nə qədər yaxşı və pis olmasına baxmayaraq həmişə prinsipal məsələlərdə Ukraynanın yanında olmağı nümayiş etdirib. Bu gün də Türkiyə havadan hücum və müdafiə sistemlərini Ukraynaya satmaqla, böyük siyasətdə etibarlı tərəfdaş olmaq prinsipini ortaya qoyur. Ukrayna ötən illər ərzində hərbi arsenalını yetərincə təkmilləşdirib. O cümlədən, ona dost və strateji tərəfdaş ölkə olan Türkiyədən Qarabağ savaşının taleyini həll edən "Bayraqdar" pilotsuz uçuş aparatlarını da hərbi arsenalına daxil edib. Bunu Türkiyədə, Ukraynada açıq aşkar bəyan ediblər. Təbii ki, Rusiya bu məsələdən narahatdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya həyətlərində DYP avtomobillərindən "SVO" təbliğatı: “Qələbəyə səs verin” – VİDEO

Rusiya həyətlərində DYP avtomobillərindən "SVO" təbliğatı: “Qələbəyə səs verin” – VİDEO

İranlı generalın Qətərdə həlak olduğu rəsmən təsdiqləndi

İranlı generalın Qətərdə həlak olduğu rəsmən təsdiqləndi

Ali təhsildə YENİLİK - Qubada ilk dəfə aqronomluq fakültəsi fəaliyyətə başlayacaq

Ali təhsildə YENİLİK - Qubada ilk dəfə aqronomluq fakültəsi fəaliyyətə başlayacaq

Zelenski Netanyahu ilə Ağ Evdə qısa söhbət etdi – VİDEO

Zelenski Netanyahu ilə Ağ Evdə qısa söhbət etdi – VİDEO

Ukrayna ordusu Kursk vilayəti üzərində Rusiya PUA-sını məhv etdi – VİDEO

Ukrayna ordusu Kursk vilayəti üzərində Rusiya PUA-sını məhv etdi – VİDEO

Sabunçuda AİLƏ DRAMI: Kişi gəlinini bıçaqladı

Sabunçuda AİLƏ DRAMI: Kişi gəlinini bıçaqladı

Müasir cizgi filmləri uşaqların nitqini LƏNGİDİR – Loqopeddən valideynlərə XƏBƏRDARLIQ

Müasir cizgi filmləri uşaqların nitqini LƏNGİDİR – Loqopeddən valideynlərə XƏBƏRDARLIQ

Bakıda sərnişin avtobusu yük maşınına çırpıldı - VİDEO

Bakıda sərnişin avtobusu yük maşınına çırpıldı - VİDEO

Azərbaycanda miqrasiya sahəsində xidmətlərdən 27-si artıq elektronlaşdırılıb

Azərbaycanda miqrasiya sahəsində xidmətlərdən 27-si artıq elektronlaşdırılıb

Bakıda marketin liftinin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO

Bakıda marketin liftinin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO

Azərbaycanın qadın güləşçiləri Bakıdakı dünya çempionatında mübarizəyə başlayır

Azərbaycanın qadın güləşçiləri Bakıdakı dünya çempionatında mübarizəyə başlayır

Alimlərin ARAŞDIRMASI: Dinozavrların nəsli cəmi bir neçə saat ərzində kəsilib

Alimlərin ARAŞDIRMASI: Dinozavrların nəsli cəmi bir neçə saat ərzində kəsilib

Universitet seçiminə kömək edəcək sərgi AÇILDI – Abituriyentlər üçün yeni İMKAN – FOTO

Universitet seçiminə kömək edəcək sərgi AÇILDI – Abituriyentlər üçün yeni İMKAN – FOTO

Zelenski: Krımın qaytarılması məsələsi hələ müzakirə olunmur – VİDEO

Zelenski: Krımın qaytarılması məsələsi hələ müzakirə olunmur – VİDEO

Bank sektorunun aktivləri 61 milyard manata yaxınlaşdı

Bank sektorunun aktivləri 61 milyard manata yaxınlaşdı

Peşə seçimi ilə bağlı psixoloji testlər ödənişsiz olacaq

Peşə seçimi ilə bağlı psixoloji testlər ödənişsiz olacaq

Odessada avtomobil partladı – ÖLƏN VAR – VİDEO

Odessada avtomobil partladı – ÖLƏN VAR – VİDEO

Durovu Rusiyada ömürlük həbs CƏZASI gözləyir

Durovu Rusiyada ömürlük həbs CƏZASI gözləyir

Azərbaycanda problemli kreditlərin məbləği son bir ildə 36 %-dən çox artıb

Azərbaycanda problemli kreditlərin məbləği son bir ildə 36 %-dən çox artıb

Təranə Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU

Təranə Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşdı

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşdı

Doktoranturaya təqdim edilən 11 dil sertifikatı SAXTA çıxıb

Doktoranturaya təqdim edilən 11 dil sertifikatı SAXTA çıxıb

Sevgi, pul və karyera - Bürclər bu günə nə DEYİR?

Sevgi, pul və karyera - Bürclər bu günə nə DEYİR?

Magistratura nəticələri BU TARİXDƏ açıqlanacaq

Magistratura nəticələri BU TARİXDƏ açıqlanacaq

End of content

No more pages to load

RADİO