Avropa İttifaqı (Aİ) İordaniya və Namibiya istisna olmaqla, qısamüddətli səyahət üçün icazə verilən ölkələrin siyahısını qısaldıb.
Bizim.Media xəbər verir ki, bu barədə Aİ Şurasının dərc olunmuş bəyanatında deyilir.
Avstraliya, Argentina, Bəhreyn, İndoneziya, Kanada, Qətər, Kolumbiya, Küveyt, Yeni Zelandiya, BƏƏ, Peru, Ruanda, Səudiyyə Ərəbistanı, Uruqvay, Çili, Cənubi Koreya bu siyahıda qalıb.
Qeyd olunub ki, Aİ öz sərhədlərini Çin vətəndaşları üçün açmağa hazırdır.
Bizim.Media