Yohannesburqda “omikron”a yoluxan Yunanıstan vətəndaşının COVID-19-a qarşı tam peyvənd olunduğu üzə çıxıb.
Bizim.Media xəbər verir ki, Səhiyyə naziri Thanos Pleuris və EODY Milli İctimai Səhiyyə Təşkilatının rəhbəri Teoklis Zautis ölkədə ilk dəfə “omikron” ştammına yoluxma halının aşkar edildiyini təsdiqləyib.
Noyabrın 26-da Cənubi Afrikadan Kritə gələn 60 yaşlı iş adamı hazırda karantindədir.
Onun hava limanında verdiyi ekspress testin mənfi olduğu bildirilir. Ancaq ertəsi gün yüngül simptomlar müşahidə olunmağa başlayıb. Noyabrın 29-da götürülən testin cavabı müsbət çıxıb.
Bizim.Media