Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı bildirib ki, bu gün ATƏT depressiv vəziyyətdədir, Aİ və NATO-nun nizam-intizamının girovuna çevrilib və xırda mövzularla məşğuldur.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.
Rusiyalı diplomatın sözlərinə görə, ATƏT təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı qarşısında duran əsas vəzifəni yerinə yetirmir.
"Bu gün Qərb tərəfdaşlarımız beynəlxalq hüququ bir növ nizam-intizamla əvəz etməyə çalışırlar”, deyə Lavrov bildirib.
Xatırladaq ki, ATƏT-in Xarici İşlər Nazirləri Şurası dekabrın 2-3-də Stokholmda keçirilir. İsveç təşkilatda sədrliyini başa çatdırır, 2022-ci ilin yanvarında ATƏT-ə sədrlik Polşaya verilir.
Bizim.Media