Əlirza Zakani Tehranın icra başçısı kimi fəaliyyətə başlayar- başlamaz anti-Azərbaycan addımı ilə gündəmə gəlib.
Bizim.Media "Azad İran" Telegram kanalına istinadən xəbərinə görə, belə ki, şəhərin 4 küçəsinin adı dəyişdirilib.
Onlardan ikisi Güney azərbaycanlı yazıçılar Cabbar Bağçaban və Səməd Behrənginin şərəfinə adlandırılmış küçələrdir.
Bu addımın səbəbi və küçələrin kimlərin adlarına veriləcəyi məlum deyil.
Qeyd edək ki, İran rejimi tez-tez etnik ayrı-seçkilik siyasəti yürüdərək Güney Azərbaycanla bağlı bu cür qərəzli qərarlar verir.
Bizim.Media