Taliban sözçüsü İran-Əfqanıstan sərhədçiləri arasında Nimruz vilayətində baş verən hadisənin artıq nəzarətə alındığını deyib.
Bizim.Media xəbər verir ki, Zəbihullah Mücahid bu barədə öz "Twitter" səhifəsində paylaşım edib.
O, məsələ ilə bağlı deyib:
"Nimruz vilayətində İran-Əfqanıstan sərhədində iki ölkə sərhədçiləri arasında anlaşılmazlıq baş verib. Hazırda iki tərəfin də qarşılıqlı anlayışı ilə məsələ nəzarətə alınıb. Anlaşılmazlığın aradan qaldırılması və araşdırılması ilə bağlı dövlət rəsmiləri lazımi tapşırıqlar veriblər".
Xatırladaq ki, dekabrın 1-də Əfqanıstanın İranla sərhədinin Nimruz bölgəsində hər iki tərəfin sərhəd qüvvələri arasında ağır artileriyadan istifadə etməklə güclü atışma olub.
Bizim.Media