İranla "Taliban" silahlıları arasında artileriya döyüşləri davam edir.
Bizim.Media "Azad İran"-a istinadən xəbər verir ki, əsas döyüşlər Əfqanıstanən Nimruz vilayətinin İranla həmsərhəd bölgələrində gedir.
Bildirilir ki, hazırda İran sərhəd qüvvələri "Taliban" mövqeləri istiqamətində artileriya atışları icra edir.
Həmçinin qeyd edilir ki, mülki şəxslər döyüşlərin şiddətlənməsi səbəbindən "Taliban" tərəfindən Nimruz əyalətindən çıxarılır.
Bizim.Media