Dünən ABŞ-da atışma olub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı xarici mətbuat yayıb.
Mənbə yazır ki, hadisə Miçiqan ştatının Oksford şəhərində qeydə alınıb.
Belə ki, məktəbdə 15 yaşlı şagird 3 həmyaşıdını öldürüb, daha 8 nəfəri yaralayıb.
Polis atəş açan şəxsi saxlayıb, onun motivi hələlik məlum deyil. Hadisə barədə prezident Co Baydenə məlumat verilib.
Bizim.Media