Polis dünyanın ən məşhur rokçusu Merilin Mensonun evinə soxulub.
Bizim.Media “TMZ” portalına istinadən xəbər verir ki, rok ulduzun evində axtarışlar keçirilib.
Polis qapını sınıdıraraq içəri daxil olub. Musiqiçinin özü evdə olmayıb. Hüquq mühafizəçilər evin altını üstünə çevirib, məlumatlar saxlanılan bütün disk və fləş kartları müsadirə ediblər. Toplanan əşyalara Los-Anceles prokurorluğunda baxılacaq.
Merilin Menson seksual zorakılıqda ittiham olunur.
Videonu təqdim edirik:
Bizim.Media