Moskva metrosunun “Sxodnenskaya” stansiyasında naməlum şəxs intihara cəhd edib.
Bizm.Media xəbər verir ki, o, özünü qatarın altına atıb.
İntihar edən şəxsi xilas etmək istəyən 26 yaşlı Əlixan Əzizov aldığı xəsarətlərdən dünyasını dəyişib. İntihara cəhd edən şəxs isə hadisə yerindən qaçıb.
Mediada və İnternetdə bu şəxs haqqında ətraflı məlumat yoxdur, yalnız onun Moskva sakini olmadığı qeyd olunur.
Bizim.Media