Qarpız, yoxsa qovun: Şəkərin tənzimlənməsi üçün hansı faydalıdır?

Qarpız və qovun yay mövsümünün ən populyar meyvələrindəndir. Hər ikisi təbii şəkər, karbohidrat və maddələr mübadiləsi ilə ümumi sağlamlıq üçün faydalı olan qida maddələri ilə zəngindir.

Bizim.Media xəbər verir ki, bir çox insan qan şəkərinin tənzimlənməsi baxımından bu iki meyvədən hansının üstün olduğunu öyrənmək istəyir.

Dietoloq Brittani Polsonun sözlərinə görə, həm qarpız, həm də qovun qan şəkərinin yüksəlməsinə səbəb ola biləcək təbii karbohidratlar ehtiva edir. Bununla yanaşı, onların tərkibində çoxlu su, vitaminlər, antioksidantlar var və adi porsiyalarla istehlak edildikdə qlisemik yükü nisbətən aşağı hesab olunur.

Qarpız qan şəkərinə necə təsir edir?

Polson bildirib ki, qarpız təbii şəkərlər ehtiva etdiyindən və karbohidratları nisbətən sürətlə mənimsənildiyindən qan şəkərini artıra bilər.
 

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, kub şəklində doğranmış bir stəkan qarpızın 91 faizi sudan ibarətdir və təxminən 11 qram karbohidrat ehtiva edir. Bu isə qarpızın qlisemik indeksinin yüksək, lakin qlisemik yükünün aşağı olmasını izah edir.


"Qlisemik Index Guide" resursuna əsasən, qlisemik indeks karbohidratlı məhsulun qan şəkərini nə qədər sürətlə yüksəltdiyini göstərir. Qlisemik yük isə həm məhsulun qlisemik indeksini, həm də tipik porsiyadakı karbohidrat miqdarını nəzərə alır.

Məqalədə vurğulanır ki, qarpız əsasən sudan ibarət olduğuna və bir porsiyada az miqdarda karbohidrat saxladığına görə, normal həcmdə yeyildikdə qan şəkərinə ümumi təsiri aşağı hesab edilir.

Qovun qan şəkərinə necə təsir edir?

Qovun da qarpız kimi karbohidrat ehtiva edir və həzm zamanı bu karbohidratlar qlükozaya çevrilərək qan şəkərini artıra bilər.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, kub şəklində doğranmış bir stəkan qovunun 93 faizi sudan ibarətdir, 12 qram karbohidrat və təxminən 1,5 qram lif ehtiva edir.

Məqalədə qeyd edilir ki, qovunun yüksək su və lif tərkibi həzmi ləngidə və qan şəkərinin daha tədricən yüksəlməsinə kömək edə bilər. Bir porsiyada karbohidrat miqdarı az olduğundan onun qlisemik yükü aşağı, qlisemik indeksi isə orta səviyyədədir.
 

Diyetoloq Şeri Qau bildirib ki, qovun tərkibində qarpızla müqayisədə təxminən iki dəfə çox lif olduğuna görə qan şəkərinin tənzimlənməsi baxımından cüzi üstünlüyə malik ola bilər. Bununla belə, Polson vurğulayıb ki, bu meyvələrin heç biri digərindən mütləq daha yaxşı hesab edilə bilməz.


Onun sözlərinə görə, qarpızın qlisemik indeksi qovundan bir qədər yüksək olsa da, əksər insanlar üçün bu fərq ciddi əhəmiyyət daşımır. Çünki porsiyanın ölçüsü və meyvənin hansı qidalarla birlikdə yeyilməsi qan şəkərinə qlisemik indeksdəki kiçik fərqlərdən daha çox təsir göstərir.

Diyetoloq əlavə edib ki, insanların meyvələrdəki təbii şəkərdən ehtiyat edərək onları ümumiyyətlə rasiondan çıxarması daha çox narahatlıq doğurur.

Son meta-analizlər göstərir ki, bütöv meyvələrin istehlakı ümumi qlisemik nəzarətin yaxşılaşmasına kömək edə və sağlam qidalanmanın tərkib hissəsi olduqda 2-ci tip diabet riskinin azalması ilə əlaqələndirilir.
 

Şeri Qau da bildirib ki, həm qarpız, həm də qovun qan şəkərinin normal səviyyədə saxlanmasına yönəlmiş rasiona rahatlıqla daxil edilə bilər. Onun sözlərinə görə, bir stəkan qarpız və ya qovunda 15 qramdan az karbohidrat olduğu üçün diabeti olmayan insanlarda bir stəkan və ya daha az miqdarda istehlak adətən qan şəkərində kəskin artım yaratmır.


Bununla yanaşı, mütəxəssislər xatırladıblar ki, hər bir orqanizm karbohidratlara fərqli reaksiya verir. Dietoloq Val Verner bildirib ki, bir insanda qan şəkərinin artmasına səbəb olan qida digər insana eyni təsiri göstərməyə bilər. Buna görə də orqanizmin reaksiyasını izləmək və qidalanmanı buna uyğun tənzimləmək tövsiyə olunur. (Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağır xəstəliyi olanlar üçün yeni İMKAN - Kimlər üçün əlçatan olacaq?

Ağır xəstəliyi olanlar üçün yeni İMKAN - Kimlər üçün əlçatan olacaq?

Seda Sayan: “Haluk Leventə güvenmirdim” – FOTO

Seda Sayan: “Haluk Leventə güvenmirdim” – FOTO

Azərbaycanda yetişdirilən samuray arıları ilk dəfə təbiətə buraxılıb

Azərbaycanda yetişdirilən samuray arıları ilk dəfə təbiətə buraxılıb

Miqrasiya sahəsində yeniliklər jurnalistlərə təqdim olundu – FOTO

Miqrasiya sahəsində yeniliklər jurnalistlərə təqdim olundu – FOTO

Zelenski münasibətlər gərginləşəndən sonra ilk dəfə Polşaya GETDİ - FOTO

Zelenski münasibətlər gərginləşəndən sonra ilk dəfə Polşaya GETDİ - FOTO

Netanyahu Zelenski ilə görüşmək istəməyib- KİV

Netanyahu Zelenski ilə görüşmək istəməyib- KİV

Azərbaycan Kinematoqrafçılar İttifaqı LƏĞV olunur? - FOTO

Azərbaycan Kinematoqrafçılar İttifaqı LƏĞV olunur? - FOTO

Ukrayna Luqanska hücum etdi - Rahib həyatını itirdi

Ukrayna Luqanska hücum etdi - Rahib həyatını itirdi

Rusiyadan miqrasiya AXINI – Azərbaycanda mənzillər yenidən BAHALAŞACAQ?

Rusiyadan miqrasiya AXINI – Azərbaycanda mənzillər yenidən BAHALAŞACAQ?

Venesuela XİN İran səfirinə etiraz notası təqdim etdi

Venesuela XİN İran səfirinə etiraz notası təqdim etdi

Qusarda 6 kəndi birləşdirən yol YENİLƏNİR – FOTO

Qusarda 6 kəndi birləşdirən yol YENİLƏNİR – FOTO

Sabah saat 08:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 08:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Alimlər qidalana bilən sintetik hüceyrə yaradıb- Elmdə ilk

Alimlər qidalana bilən sintetik hüceyrə yaradıb- Elmdə ilk

Azərbaycanda bu peşələrdə maaş 10 minə çatır

Azərbaycanda bu peşələrdə maaş 10 minə çatır

Türkiyədə dəhşətli meşə yanğını– VİDEO

Türkiyədə dəhşətli meşə yanğını– VİDEO

Bu abidələrimiz bərpa olunur- Fotolar

Bu abidələrimiz bərpa olunur- Fotolar

Təkoğullara hərbi xidmətdə hansı güzəştlər veriləcək? - AÇIQLAMA

Təkoğullara hərbi xidmətdə hansı güzəştlər veriləcək? - AÇIQLAMA

Elnur Azadxanov vəzifəsindən AZAD EDİLDİ

Elnur Azadxanov vəzifəsindən AZAD EDİLDİ

Ali təhsili olmayanlar məktəbdə necə müəllim işləyir?

Ali təhsili olmayanlar məktəbdə necə müəllim işləyir?

Qarpız, yoxsa qovun: Şəkərin tənzimlənməsi üçün hansı faydalıdır?

Qarpız, yoxsa qovun: Şəkərin tənzimlənməsi üçün hansı faydalıdır?

Salyanda kişi ov tüfəngi ilə vuruldu: Kürəkən saxlanıldı - ŞOK DETALLAR - VİDEO

Salyanda kişi ov tüfəngi ilə vuruldu: Kürəkən saxlanıldı - ŞOK DETALLAR - VİDEO

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi – FOTO

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi – FOTO

“Qarabağ” Bolqarıstana yollandı– FOTO

“Qarabağ” Bolqarıstana yollandı– FOTO

Heyvanların identifikasiyası: Fermadan süfrəyə təhlükəsiz izləmə

Heyvanların identifikasiyası: Fermadan süfrəyə təhlükəsiz izləmə

End of content

No more pages to load

RADİO